Braziliyada futbol azarkeşləri arasında qanlı toqquşma baş verib

braziliyada futbol azarkesleri arasinda qanli toqqusma bas verib

Braziliya futbolunda xoşagəlməz hadisə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rio-de-Janeyroda ölkə çempionatı çərçivəsində bu gecə keçirilmiş “Botafoqo” – “Flamenqo” matçı öncəsi azarkeşlər arasında qanlı toqquşma yaşanıb.

 

Qarşılaşmanın keçirildiyi stadionun həndəvərində iki komandanın azarkeşləri əlbəyaxa olublar. Fanatlar arasında baş verən çoxsaylı toqquşmaların birində sinəsindən güllə yarası alan azarkeş ağır yaralanıb. 28 yaşlı Dieqo Silva dos Santos xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb. Azı 7 nəfərin də xəsarət aldığı bildirilir.

 

Qeyd edək ki, “Botafoqo” – “Flamenqo” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ