Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

cempionlar liqasinda 1 8 final merhelesinin novbeti oyunlari kecirilib neticeler

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub. Apasport.az saytının məlumatına görə, görüşlər Münhendə və Madriddə oynanılıb.

 

“Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni qəbul edib. Münhendə baş tutan qarşılaşmada meydan sahibləri qələbəyə seviniblər. "Bavariya"nın 5 qol vurduğu oyunda "Arsenal"ın gücü yalnız bir qola çatıb. Əvvəlcə Robben hesabı açıb. Aleksis Sançez bərabərliyi təmin etsə də, ikinci hissədə Levandovski, Müller və Tyaqonun (2) qolları cavab qarşılaşması öncəsi Karlo Ançelottinin yetirmələri üçün böyük üstünlük yaradıb.

 

“Real” – “Napoli” qarşılaşmasında da ev sahibləri seviniblər. Hesabı qonaqlar açsa da, "kral" klubu bunun cavabını artıqlaması ilə qaytarıb. Benzema, Kross və Kazemiro ispanları sevindirən qollara imza atıblar. İtalyanların cavab qarşılaşması öncəsi son ümidi isə səfərdə vurduqları qoldur.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

 

 

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1

Qollar: Robben, 11, Levandovski, 53, Tyaqo Alkantara, 56, 63, Müller, 88 - Aleksis Sançez, 30

  

 

“Real” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1

Qollar: Benzema, 19, Kross, 49, Kazemiro, 54 - İnsinye, 8

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda avtomobil ehtiyat hisseleri yanib
    Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb
  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ