Davor Şuker: “Elxan Məmmədov UEFA İcraiyyə Komitəsində yer almalıdı”

davor suker elxan memmedov uefa icraiyye komitesinde yer almalidi

“Xorvatiyaya gəlib, böyük dostum Davorla yenidən görüşmək əla hissdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Xorvatiya Futbol Federasiyasının (XFF) prezidenti Davor Şukerlə görüşən Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi öz seçki platformasını təqdim edib. Görüşdə, həmçinin iki federasiya arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.  


Bununla bağlı Xorvatiya mətbuatına açıqlama verən Məmmədov görüşdən razılığını dilə gətirib: “Bu, mənim Xorvatiya Futbol Federasiyasının yeni binasına ilk səfərimdi. Bura olduqca gözəldi. Deməliyəm ki, federasiyanın qərargahında çox təsirləndim. Davorla iki assosiasiya arasındakı gələcək əməkdaşlıq barəsində danışıq apardıq. İndiyə qədər də bizimlə Xorvatiya Futbol Federasiyası arasında yaxşı işbirliyi olub. Bu münasibətdə aparıcı şəxslərdən biri Robert Prosineçkidi. Biz onun işindən və imza atdığı nəticədən çox razıyıq”.

 

Baş katib əlavə edib ki, Şukerlə görüş zamanı gənc futbolçularla da bağlı danışıq olub: “Davorla söhbətdə mənim UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim də müzakirə olundu. Bundan əlavə, gənc futbolçuların inkişafı ilə bağlı danışığa daha çox vaxt ayırdıq. Bu barədə xorvatlardan, xüsusilə gənclər yığmalarından çox şey öyrənmək olar”.

 

XFF-nin prezidenti Davor Şuker də görüşlə bağlı fikirlərini bölüşüb. Keçmiş futbolçu AFFA-nın baş katibi barədə müsbət fikirlər səsləndirib: “Elxan futbolu sevən insandı. O, daim işləyir və 24 saat futbolla yaşayır. Azərbaycan futbolunun hörmətli rəhbərlərindən biridi. Düşünürəm ki, UEFA-nın İcraiyyə Komitəsində məhz bu cür peşəkar insanlar yer almalıdı”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ