Marko Roys Azərbaycanla oyunda iştirak etməyəcək

marko roys azerbaycanla oyunda istirak etmeyecek

Almaniya yığması Azərbaycana itki ilə gələcək. Apasport.az saytı xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay millimizin qonağı olacaq Bundestim təcrübəli futbolçu Marko Roysun xidmətindən istifadə edə bilməyəcək.

 

Buna səbəb 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin sıradan çıxmasıdı. Belə ki, Dortmund “Borussiya”sının üzvü Bundesliqanın XXIII turunda “Bayer”lə matçda (6:2) zədə alıb. Oyunu davam etdirə bilməyən Roys 44-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

 

Tibbi müayinədən sonra məlum olub ki, Roys martda, həmçinin aprelin əvvəllərində yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən təcrübəli futbolçu millisinin İngiltərə ilə keçirəcəyi yoldaşlıq matçı və Azərbaycanla oyunu buraxacaq.

 

Qeyd edək ki, İngiltərə ilə martın 22-də Dortmundda üz-üzə gələcək Almaniya yığması 4 gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ