“Qarabağ” “İnter”in futbolçusu ilə müqavilə bağlayır

qarabag inter in futbolcusu ile muqavile baglayir

Ardıcıl dördüncü dəfə Azərbaycan çempionu adını qazanan “Qarabağ” vaxt itirmədən transfer çalışmalarına başlayıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu artıq bir futbolçu ilə ilkin razılığa gəlib.

 

Söhbət “İnter”in müdafiəçisi Abbas Hüseynovdan gedir. İyunda 22 yaşını tamamlayacaq Hüseynov cari mövsüm bitəndən sonra “Qarabağ”a keçəcək. Tərəflər arasında minimum 2 illik müqavilənin imzalanmasına qərar verilib.

 

“Qəbələ”nin də maraq dairəsində olan, lakin “Qarabağ”ı seçən Abbasın transferi çempiona havayı başa gələcək. Çünki onun hazırkı komandası ilə sözləşməsinin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, müdafiə ilə yanaşı, yarımmüdafiənin də cinahlarında oynamağı bacaran Abbas Hüseynov İslamiadada iştirak edəcək U-23 yığmamızın ilkin heyətinə dəvət alıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ