“Qəbələ” liderliyə yüksəlib

qebele liderliye yukselib

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə iki qarşılaşma baş tutub.

 

Günə Sumqayıtda start verilib. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yusif Nəbiyevin vurduğu qol yeganə olub. "Kimyaçılar" qələbə nəticəsində bir günlük aradan sonra 4-cü pilləyə qayıdıb.

 

Həftəyə Qəbələdə yekun vurulub. Turun mərkəzi oyununda çempionatın liderləri olan “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəliblər.

 

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk hissədə Zenyov, ikinci hissədə Filip Ozobiç komandalarına qələbə gətirən qollara imza atıblar. "Qəbələ" qazandığı 3 xal nəticəsində liderliyə yüksəlib.

 

Hazırda “Qəbələ” komandasının baş məşqçisi Roman Qriqorçukdur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida milli suranin mitinqi kecirilib yenilenib
    Bakıda Milli Şuranın mitinqi keçirilib - YENİLƏNİB
  • bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib
    Bakıda ilk dəfə olaraq ekstremal “Mübarizlər” yarışı təşkil ...
bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib bakida ilk defe olaraq ekstremal mubarizler yarisi teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ