Roman Qriqorçuk: “Mövsüm “Qəbələ” üçün yaxşı keçdi”

roman qriqorcuk movsum qebele ucun yaxsi kecdi

“Futbolçular məşqlərdə yaxşı iştirak ediblər. Düşünürəm ki, komandamız normal formadadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

 

“Qırmızı-qaralar” ölkə kubokunun sabah baş tutacaq finalında “Qarabağ”la üz-üzə gələcəklər.

 

Matçla bağlı fikirlərini bildirən ukraynalı çalışdırıcı “Qəbələ”ni çətin oyun gözlədiyini qeyd edib: “Final həmişə ciddi, ağır və maraqlı sınaq olub. Biz bunu dərk edirik. Əsas odu ki, yaxşı oynayaq. Stadionun ot örtüyünün hansı durumda olduğunu hələ görməmişəm. Naxçıvandakı ilk məşqimizi bu gün saat 17:00-da keçirəcəyik. “Qarabağ” kimi, biz də istəyirik ki, keyfiyyətli qazonda oynayaq. Final titul uğrunda mübarizə deməkdi. Belə oyunlarda həmişə yüksək təzyiq olur. Qələbəni matça daha yaxşı hazırlaşan komanda qazanacaq”.

 

“Qarabağ” barədə geniş məlumata sahib olduğunu deyən Qriqorçuk matça adi qaydada yanaşır. O, Naxçıvandakı görüşün Ağdam klubu ilə çempionatda keçirdikləri oyunlardan böyük ölçüdə fərqlənməyəcəyini vurğulayıb: “Rəqib haqda çox şey bilirik. “Qarabağ”ın güclü və zəif cəhətlərini müəyyənləşdirmişik. Məşqlərdə futbolçularla bu barədə danışmışıq. Düşünmürəm ki, sabahkı matç əvvəlkilərdən böyük ölçüdə fərqlənəcək. “Qarabağ”la görüşlərimiz həmişə ağır keçib, çünki rəqibimiz olduqca ciddi komandadı. “Qarabağ” taktiki planda da, futbolçuların ustalıq səviyyəsi baxımından da  güclüdü. Bu mənada, matçın çempionatdakı oyunlarımızdan fərqlənəcəyini düşünmürəm. Sadəcə, kubok görüşünün bəzi spesifik xüsusiyyətləri, kiçik nüansları var”.

 

52 yaşlı mütəxəssis kubokun final matçının “Qəbələ”dəki gələcək karyerasına təsir etməyəcəyini bildirib: “ Bu oyunun mənim gələcək karyerama heç bir təsiri olmayacaq. Amma “Qəbələ”də qalıb-qalmayacağımla bağlı indidən açıqlama verə bilmərəm. Həmişə demişəm ki, bu cür danışıqlar yalnız mövsüm başa çatdıqdan sonra ola bilər. Futbolçulardan kimlərin qalıb, kimlərin gedəcəyini də “Qarabağ”la matçdan sonra müəyyənləşdirəcəyik”.

 

Qriqorçuk başa çatmaq üzrə olan mövsümü “Qəbələ” üçün uğurlu adlandırıb: “Dəyərləndirməni sabahkı oyuna görə aparmamalıyıq. İstənilən nəticədən asılı olmayaraq, mövsümün “Qəbələ” üçün yaxşı keçdiyini hesab edirəm”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ