Tale Heydərov: “Biz daha yaxşı nəticə istəyirdik”

tale heyderov biz daha yaxsi netice isteyirdik

“Qəbələ” klubunun prezidenti Tale Heydərov Azərbaycan kubokunun finalında “Qarabağ”la keçirilən qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, komandanın çıxışını dəyərləndirən T.Heydərov gələn mövsümlə bağlı planlardan da danışıb.

 

- “Qəbələ” əvvəlcə çempionluğu, ardından isə ölkə kubokunu son anda əldən verdi. Komandanın çıxışını necə dəyərləndirirsiniz?

 

- Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Ancaq əlbəttə ki, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq.

 

- Sizcə, nə çatmadı?

 

-  Məncə, “Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda stabil oyun göstərməsi böyük rol oynadı. Onlar ən böyük rəqibimiz idilər. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük faktor məhz “Qarabağ” oldu. Biz də çox lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik.  

 

- Baş məşqçi Roman Qriqorçukla yola davam edəcəksinizmi?

 

- Bununla bağlı danışmamışıq. Yaxın günlərdə söhbət edəcəyik. Ümid edirəm ki, baş məşqçi ilə işbirliyimiz davam edəcək.

 

- Komanda gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq. Bununla bağlı hazırlıqlar hansı çərçivədə keçəcək, yeni transferlər olacaqmı?

 

- Yeni oyunçularla bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də, eniş oldu, amma az-çox eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə oyunçu almağı da düşünürük.

 

- Komandanız bu mövsüm avrokuboklardakı iştiraka görə müəyyən məbləğdə gəlir əldə etdi. Həmin pulla superulduz transfer etməyiniz mümkündümü?

 

- Bizim büdcəmiz və həmin yarışlardan əldə edilən gəlir nəyə imkan verəcəksə, ona uyğun da addım atılacaq.

 

- Avropa Liqasında hədəfiniz nə olacaq?

- Eyni uğurları davam etdirməyimizi gözləmək asandı. Komandanın qrup mərhələsinə düşməsi gözləntisi hamımızda var. Unutmaq lazım deyil ki, biz ardıcıl iki dəfə bunu bacarmışıq. Bu özü bir rekord idi. Həmin qrup mərhələsinə düşmək üçün yenidən rekorda imza atmalıyıq. Bu özü özlüyündə çox çətin prosesdi. Ancaq qrupa qədər irəliləyə bilsək, çalışacağıq ki, orda keçəndəfəki uğursuzluğu təkrarlamayaq, xallar qazanaq və mümkün olarsa, qrupdan çıxaq.

 

- Kubokun final matçının Naxçıvanda keçirilməsinə münasibətinizi bilmək maraqlı olardı. Atmosfer necə idi? Havanın isti olmasının futbolçulara bir təsiri oldumu?

 

- Naxçıvana gəlmək çox xoşdu. Bura mənim ata yurdumdu. Burda azarkeşlərin çox olmasını görmək sevindirici haldı. Meydançanın durumuna gəldikdə, Bakıda daha yaxşı ot örtüyü olan meydança var idi. Finalı paytaxtda da keçirmək olardı. Ümid edirəm ki, gələn dəfə belə qərarlar məsləhətləşərək verilər. “Qarabağ” da, “Qəbələ” də Azərbaycan komandasıdır. Futbol azarkeşlər üçündü. Biz möhtəşəm atmosferli oyunun şahidi ola bilərdik. Ümid edirəm ki, gələn il finala kimin yüksəlməyindən asılı olmayaraq, bu məsələlər daha yaxşı düşünülər. Əlbəttə ki, Naxçıvanda yenə oyun keçirmək istərdik. Azarkeşləri sevindirmək üçün yoldaşlıq görüşü keçirmək olar.

 

- Çempionluq və ölkə kuboku “Qəbələ” üçün sirli qutuya çevrilib. Böhran dönəmində klubların dağılma prosesinin sürətlənməsini nəzərə alsaq, sizdə ruh düşkünlüyü yaranırmı?

 

- Ruh düşkünlüyü yaranmır. Əgər səhvlər özümüzdən asılıdısa, burda ruh düşkünlüyü yarana bilməz. Kənardan maneələr olarsa, bu, ruh düşkünlüyü yarada bilər. Klubların fəaliyyətini dayandırması yaxşı hal deyil. Buna görə də, istərdim ki, bunun qarşısının alınması üçün kənardan dəstəklər olsun. Bütün yükü klub rəhbərliyi öz üzərinə götürə bilməz. Kənardan dəstək çox yaxşı olar.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti bmt de umumi muzakirelerin acilisinda istirak edib
    Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında...
  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ