Yuri Syomin: “Qəbələ”də möhtəşəm idi”

yuri syomin qebele de mohtesem idi

“Lokomotiv”ə qayıtmağı və ya başqa nəyi isə gözləmirdim. Bilirdim ki, məşqçi bir yerdə dayanmamalı, çalışmalıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı məşqçi Yuri Syomin deyib.

 

Hazırda “Lokomotiv”in baş məşqçisi olan mütəxəssis 70 illik yubileyi öncəsi geniş müsahibə verib. Karyerası haqda danışan Syomin Azərbaycanda çalışdığı, “Qəbələ”yə rəhbərlik etdiyi 2013/14 mövsümünü də xatırlayıb: “Kiyev “Dinamo”sunda, “Mordoviya”da normal və məhsuldar çalışdım. “Anji”də isə alınmadı. “Qəbələ”də möhtəşəm idi. Yalnız Azərbaycan kubokunun finalında penaltilər seriyasında Marat İzmaylovun qol vura bilməməsinə təəssüflənirəm. Özü də kim-kim... Super istedadlı insan”.

 

“Qəbələ”də oynamış Marat İzmayıov haqda yüksək fikirdə olan Syomin “Lokomotiv” azarkeşlərinin Bakı səfərindən də danışıb: “Yəqin ki, Rusiya futbolunu izləyənlər bu mövsümün “Krasnodar” – “Zenit” oyununu xatırlayır. Bu matçda ulduzlar çox idi. Amma Maratdan yaxşısı yox idi. Mən ona təəssüflənirəm ki, öz potensialını fiziki olaraq tam istifadə etmədi. Çünki kifayət qədər oynamırdı. Heç yerdə “Lokomotiv”u unutmağa qoymurdular. Bizim azarkeşlər Azərbaycana kubokun finalına da gəlmişdilər. Orada heç də az olmayan qırmızı-yaşıl bayraqları görmək mənə böyük zövq verdi. Onlar Kiyevdə də görünürdülər”.

 

Qeyd edək ki, “Qəbələ” Syominin rəhbərliyi altında tarixinin ilk medallarını – 2013/14 mövsümünün bürünc mükafatını qazanıb. Həmin mövsüm komanda ilk dəfə finala yüksəlib və avrokuboklara vəsiqə əldə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
  • prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib
    Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışın...
prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ