Rusiyadan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən şəxs 8 il azadlıqdan məhrum edilib

Rusiyadan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən şəxs 8 il azadlıqdan məhrum edilib
# 17 dekabr 2009 10:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Rusiyadan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən Bakı şəhər sakininə hökm oxunub. APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndiirlən şəxsin cinayətinin sübuta yetirildiyi qənatəinə gəlib. Məhkəmənin hökmü ilə təqsirləndirilən Elman Mikayılov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E. Mikayılov Xətai rayonunda kirayədə qaldığı mənzildə narkotik maddə saxlayıb. 2009-cu ilin may ayında onun evinə baxış keçirilərkən 150 qram heroin tapılıb. İstintaq zamanı məlum olub ki, E. Mikayılov 2009-cu ilin fevralında Rusiyadan Azərbaycana gətirdiyi “Jiquli” markalı maşında narkotik vasitə gətirib. Polisin keçiridiyi əməliyyat zamanı E. Mikayılov saxlanılıb.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin, psixotrop maddələrin hazırlama, saxlama və satma) maddələri ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR