Bankın filial direktoru 10 il müddətinə azadlıqdan məhrum edilib

Bankın filial direktoru 10 il müddətinə azadlıqdan məhrum edilib
# 29 dekabr 2009 15:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Zamin Bank”ın Mərkəz filialının keçmiş direktorunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Vidadi Hümbət oğlu Xudiyevin cinayətinin sübuta yetirildiyi qənatəinə gəlib. Məhkəmənin hökmü ilə V. Xudiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Zamin Bank”ın Mərkəz filialının direktoru Vidadi Xudiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaqda ittiham olunub. Onun Bakı şəhər sakinləri Orxan Şirinov, Sərdar Qəribov və digər şəxslərin etibarlarından istifadə edərək, pul vəsaitlərini mənimsədiyi istintaq zamanı müəyyən edilib. V. Xudiyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR