Azərbaycanın iki vətəndaşı Gürcüstan ərazisində baş verən yol qəzasında ölüb, biri isə xəsarət alıb

Azərbaycanın iki vətəndaşı Gürcüstan ərazisində baş verən yol qəzasında ölüb, biri isə xəsarət alıb
# 19 yanvar 2010 14:24 (UTC +04:00)
Məlumata görə, Zaqatala rayonunun Mosul kənd sakini, 1957-ci il təvəllüdlü Gülməmmədov Ziyəddin Şirinbəy oğlu taksi kimi istifadə etdiyi “Opel” markalı avtomobillə Gürcüstan ərazisində yol qəzasına düşüb. Sürücü və onun avtomobilində olan sərnişin Həşimova Pəri İsaq qızı aldıqları xəsarət nəticəsində dünyasını dəyişib.

Avtomobildə olan digər bir sərnişinin isə xəsarət alaraq Gürcüstandakı xəstəxanalardan birinə yerləşdirildiyi bildirilib.

Məlumata görə, Z. Gülməmmədov sərnişinləri Gürcüstana həkimə aparırmış.

P. Həşimovanın meyitinin Zaqatala gətirildiyi bildirilib. Məlumata görə, Z. Gülməmmədovun meyiti bu saatlarda rayona gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR