Azərbaycanın Göyçay rayonunda ağır yol qəzası baş verib, 3 uşaq yaralanıb

Azərbaycanın Göyçay rayonunda ağır yol qəzası baş verib, 3 uşaq yaralanıb
# 12 mart 2010 22:13 (UTC +04:00)
APA-nın Aran bürosunun məlumatına görə, VAZ 2107 markalı, 50 BC 455 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Göyçay rayon polis idarəsinin növbətçi hissəsindən verilən məlumata görə, avtomobilin sürücüsü hadisə yerindən qaçıb, hazırda onun şəxsiyyətinin müəyyən olunub tapılması istiqamətində iş aparılır.

Hadisə nəticəsində avtomobildəki sərnişinlər – 21 yaşlı Abbasova Xalidə Lətif qızı və onun azyaşlı övladları – 5 yaşlı Abbasova Bəşirə Sabir qızı, 3 yaşlı Abbasova Fatimə Sabir qızı və 2 yaşlı Abbasov Əli Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon xəstəxanasına yerləşdiriliblər. 3 yaşlı Fatimənin koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR