Hüquq müdafiəçiləri bir-birlərini ittiham edib
06 aprel 2010 15:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov hüquq müdafiəçisi Çingiz Qənizadənin mətbuatda ona qarşı səsləndirdiyi ittihamlarla bağlı bəyanatla çıxış edib. Komitənin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Ç. Qənizadənin irəli sürdüyü ittihamlar reallığı əks etdirmir və özünü gündəmə gətirmək üçün atılmış addımdır. E. Behbudov bildirib ki, Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında intihar etdiyi iddia edilən şəxsin yaxınları və qohumları onun qarşısında iddia qaldıraraq, Ceyhun Zərbəliyevin bədənində olan xəsarətlərə dair məlumatlar veriblər: “Onlar faktın araşdırılmasını xahiş ediblər və şübhələnirlər ki, onu intihara məcbur ediblər. Mən Qənizadədən fərqli olaraq işgəncələr üzrə beynəlxalq ekspertəm, ATƏT-in saxlanma yerləri üzrə ekspertiyəm, işgəncə və qeyri insani rəftar olan yerdə başqa bəhanələr axtara bilmərəm. Mən daxili işlər naziri cənab Ramil Usubovun xətrini heç də Çingiz Qənizadədən az istəmirəm”.
E. Behbudov qeyd edib ki, o, işgəncə və qeyri - insani davranışa qarşıdır: “Biz hüquqi dövlətdə yaşayırıq. İndiki zamanda elə adamlar var ki, kimlərəsə canfəşanlıq etməyi və katalizator rolu oynamağı çox sevirlər. Çingiz Qənizadədən fərqli olaraq mənim işim birbaşa işgəncələrə qarşı işləməkdir və fəaliyyətimizin xüsusiyyəti tərifedici deyil, tənqidedicidir. Onun ittihamlarını və mənim hərəkətimə qiymət vermək cəhdini artıq addım hesab edirəm və özünün dediyi kimi lazımsız şou kimi qiymətləndirirəm”.
Çingiz Qənizadə APA-ya açıqlamasında E. Behbudovun bəyanatı ilə tanış olduğunu, bəyanatın ibtidai sinif şagirdinin yazısına oxşadığını deyib: “Mən həmin bəyanatı olduğu kimi saytlara ötürəcəyəm və istərdim ki, mətbuat da bunu olduğu kimi dərc etsin. Elçin Behbudovun mənə belə reaksiya verməsi başa düşülən deyil. Mən mətbuata yalnız gördüklərimi və bildiklərimi açıqlamışam. Elçin Behbudovun bəyanatında isə qeyri-ciddi, kimisə çox istəmək kimi fikirlər səslənir. İşgəncə faktlarının olması, döyülmə və sairə ilə bağlı bəyanatlar diqqəti özünə cəlb etməkdən başqa bir şey deyil və həqiqətə söykənməyən fikirlərdir. İstər Elçin Behbudov olsun, istər digər həmkarlarım. Haqqı qoyub nahaqdan danışacaqlarsa, mən haqqı deyəcəyəm. Mən bu bəyanatı da mənasız bir şey kimi qəbul edirəm”.