Moskvada qətlə yetirilən azərbaycanlılardan birinin əslən Şamaxıdan olan “qanuni oğru” olduğu müəyyənləşib
14 aprel 2010 08:33 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Şamaxı şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Miri Mirəddin oğlu aprelin 13-də Moskva şəhərində yaşadığı binanın qarşısında naməlum şəxsin avtomatdan açdığı atəş nəticəsində öldürülüb. Quldurluq və soyğunçuluğa görə Rusiyada dəfələrlə həbsdə olan və “Miri” ləqəbi ilə tanınan M. İbrahimov Rusiyanın nüfuzlu kriminal avtoritetlərindən biri olub.
Onun cəsədi bu gün Şamaxıya gətiriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl “RİA Novosti” agentliyi Moskva ətrafında iki azərbaycanlının güllələnməsi faktı ilə əlaqədar cinayət işi başlanması barədə məlumat yayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə naməlum şəxslərin Azərbaycan vətəndaşlarının olduğu “Toyota” markalı maşına avtomat silahlardan atəş açaraq naməlum maşınla hadisə yerindən uzaqlaşdığını müəyyənləşdiriblər. Məlumatda o da bildirilirdi ki, maşında olan 1970-ci il təvəllüdlü, adı açıqlanmayan Azərbaycan vətəndaşı aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib. İkinci yaralını xəstəxanaya çatdırmaq mümkün olsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı qətl və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanıb. Qeyd olunub ki, qatilləri bu maddələr üzrə 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Axtarış zamanı qətlin törədilməsində istifadə olunan PM markalı tapança və nömrəsi silinmiş “Kalaşnikov” avtomatı hadisə baş verən yerdən bir qədər uzaqda, yol kənarından tapılıb.

Hadisə
Baş Dövlət Yol Polisi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
10:02
15 sentyabr 2024
Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var
08:25
15 sentyabr 2024
Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb
01:53
15 sentyabr 2024
Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var
01:17
15 sentyabr 2024