Ermənistan gömrükçüləri Gürcüstan vətəndaşı olan iki azərbaycanlını həbs edərək İrəvana aparıblar

Ermənistan gömrükçüləri Gürcüstan vətəndaşı olan iki azərbaycanlını həbs edərək İrəvana aparıblar
# 17 aprel 2010 07:18 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, saxlanılan şəxslər Sadaxlı kənd sakinləri Asəf və Rəşad Abdullayev qardaşlarıdır. Taksi sürməklə məşğul olan iki qardaş aprelin 16-da Sadaxlıdan günəbaxan tumu alan ermənilərin tumla dolu kisələrini maşınlarına yükləyib Ermənistan tərəfə keçiriblər. Ermənistan gömrük məntəqəsində maşınların yoxlanılması zamanı tum kisələrinin içindən narkotik maddə tapılıb.

Sadaxlı gömrük məntəqəsini keçən erməniləri və digər sakinləri Tiflisə aparan taksi sürücüləri və Sadaxlı sakinləri APA-ya bildiriblər ki, bu, qəsdən planlaşdırılmış işdir: “Yük ermənilərə məxsusdur. Onu Gürcüstan tərəfi yoxlayıb buraxıb. Qardaşlarının taksi maşınlarına narkotik maddələr qəsdən atılıb”. Hər iki qardaşın İrəvana aparıldığı, faktla bağlı cinayət işi qaldırıldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR