Qırğızıstan ombudsmanı Bişkekdə həbs olunmuş azərbaycanlı Vüqar Xəlilovun azadlığa buraxılmasını istəyib

Qırğızıstan ombudsmanı Bişkekdə həbs olunmuş azərbaycanlı Vüqar Xəlilovun azadlığa buraxılmasını istəyib
# 09 iyun 2010 08:44 (UTC +04:00)
APA-nın “Akipress” agentliyinə istinadən verdiyi məlumata görə, V. Xəlilovun qardaşı Azər Qırğızıstan ombudsmanına müraciət edərək ədalətin bərpasına yardımçı olmasını xahiş edib. Ombudsman təcridxanaya gedərək X. Xəlilovla görüşüb.

T. Akun V. Xəlilovun tibb elmləri doktoru Turat Kasımbekov tərəfindən müayinədən keçirildiyini, həkimin əlavə müayinə və müalicə məqsədilə onun təcili xəstəxanaya aparılmasını tövsiyə etdiyini bildirib. Bu diaqnoz Qırğızıstan Milli Təhlükəsizlik Xidmətinin poliklinikasının həkimləri tərəfindən də təsdiqlənib. Bundan başqa, Baş Prokurorluğun tələbi ilə Respublika Məhkəmə-Tibb Mərkəzinin ekspertləri tərəfindən ekspertiza aparılıb. Ekspertizanın rəyinə əsasən V. Xəlilovun xəstəliyi ciddidir və o, yalnız xüsusi tibb müəssisəsində stasionar rejimdə müalicə oluna bilər. Bu rəyin iyunun 2-də verilməsinə baxmayaraq, V. Xəlilov hələ də MTX-Nin təcridxanasında saxlanılır.

Qeyd edək ki, V. Xəlilov 20 ildən çox “Azadlıq” radiosunda və BBC-də çalışıb. Onun yaratdığı “Flexi Communications” piar agentliyi Qırğızıstan və digər Orta Asiya ölkələrində korporativ-maliyyə kommunikasiyaları, marketinq, veb-dizayn və müxtəlif tədbirlərin keçirilməsi sahəsində yerli və xarici şirkətlərə xidmət göstərirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR