Baş Prokurorluq 100 ştat vahidi üzrə işçi qəbulu elan edib

Baş Prokurorluq 100 ştat vahidi üzrə işçi qəbulu elan edib
# 05 yanvar 2011 09:15 (UTC +04:00)
APA-nın Baş Prokurorluğun rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, işə qəbul müsabiqə yolu ilə aparılacaq. Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər.
Sənədlər Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 29 aprel 2011-ci il tarixə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaq.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR