Azərbaycan paytaxtında ticarət mərkəzində yanğın olub

Azərbaycan paytaxtında ticarət mərkəzində yanğın olub
# 11 yanvar 2011 09:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. “Binə” Ticarət Mərkəzində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə yanvarın 10-da, axşam saatlarında qeydə alınıb. Baş vermiş yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv/m olan mağazanın yanar konstruksiyaları içərisindəki mallarla birlikdə yanıb. Yanğın baş verən obyektə bitişik mağazalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR