Azərbaycan Milli Məclisinin üzvü İlyas İsmayılov: “Putindən məktubuma cavab almamışam”

Azərbaycan Milli Məclisinin üzvü İlyas İsmayılov: “Putindən məktubuma cavab almamışam”
# 13 yanvar 2011 08:34 (UTC +04:00)
Bu barədə APA-ya Ədalət Partiyasının sədri İlyas İsmayılov məlumat verib. İlyas İsmayılovun sözlərinə görə, kassasiya şikayəti geniş şəkildə hazırlandıqdan sonra Rusiya Ali Məhkəməsinə təqdim olunacaq. Partiya sədri qeyd edib ki, qərardan apellyasiya şikayəti vermək istəsələr də, məhkəmə materiallarla tanış olmaq üçün onlara şərait yaratmayıb: “Bizə cəmi dörd gün vaxt verdilər ki, materiallarla tanış olaq. Bu da işlə tanış olmaq üçün kifayət etmirdi. İndi isə kassasiya şikayəti verib, həmin apellyasiya şikayəti üçün lazım olan müddətin bərpa olunmasın istəyirik”.
İlyas İsmayılov məhkəmənin ədalətsiz hökm çıxarması ilə bağlı Rusiyanın baş naziri Vladimir Putinə məktub yazdığını da xatırladıb: “Mən bu işin sifariş olduğunu bilirəm. Bununla bağlı baş nazirə məktub göndərsəm də, indiyə kimi məktubun cavabı gəlməyib”.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Etimad İsmayılov 8 il, Vladimir Quzov 9 il, Abbas Cəfərov 5 il, Vladimir Şvadçenko isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, Etimad İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin E. İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb.

E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə, Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR