Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycan yığmasının keçmiş baş məşqçisi barəsində axtarış elan edilib

Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycan yığmasının keçmiş baş məşqçisi barəsində axtarış elan edilib
# 14 yanvar 2011 10:18 (UTC +04:00)
Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, C. Budaqov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. O, ötən il xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək, barəsində cinayət işi başlanıb. Lakin C. Budaqov Azərbaycanda olmadığından onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib. C. Budaqovun hazırda Rusiyada olduğu bildirilir.

Qeyd edək ki, Canpolad Vəli oğlu Budaqov 1971-ci ildə Gürcüstan Respublikasında anadan olub. O, uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycanın uşu-sanda yığmasının baş məşqçisi olub. C. Budaqov 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ildə həbsdən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR