Oğurluqla məşğul olan Lənkəran sakini tutulub

Oğurluqla məşğul olan Lənkəran sakini tutulub
# 18 yanvar 2011 20:16 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi yaxalayıblar. ŞPŞ-dən APA-nın cənub bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş, 1976-cı il təvəllüdlü Xaliq Vəliəhd oğlu Adıyevin Lənkəran şəhərində üst-üstə 6 vətəndaşın əmlakını taladığı üzə çıxıb. Belə ki, saxlanılan şəxs Lənkəran şəhər sakinləri Səlminaz Abdullayevanın xeyli miqdarda pulunu, geyim əşyalarını və şəxsi sənədlərini, Fərqanə Ağayevanın 2740 manat dəyərində, Gülxanım Babayevaının 2850 manat dəyərində, Ceyhun Quliyevin 2505 manat dəyərində, Rasim Baxşıyevin 415 manat dəyərində, Asiya Babayevanın isə 201 manat dəyərində qızıl və geyim, o cümlədən televizor, telefon, və müxtəlif ev əşyalarını, həmçinin nağd pulunu gizli yolla oğurlayıb. Oğurladığı əşyaların bir qismini o, bazarda satmağa imkan tapıb, qalanları isə maddi sübut kimi polis tərəfindən götürülüb.
Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR