“AzAL”a külli miqdarda ziyan vurmaqda təqsirləndirilən dəstənin daha iki üzvünə hökm oxunub

“AzAL”a külli miqdarda ziyan vurmaqda təqsirləndirilən dəstənin daha iki üzvünə hökm oxunub
# 01 fevral 2011 10:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AzAL”ın müxtəlif aviareyslərinə elektron aviabiletləri əldə etməklə və bu biletləri nağd pula ayrı-ayrı şəxslərə satmaqla məşğul olan mütəşəkkil dəstənin Birləşmiş Ərəb Əmirliklərində gizlənən və digər üzvünün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Zaur Şərafət oğlu Baxışov və Anar İldırım oğlu Oruclu 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həyata keçirilən əməliyyat tədbirləri zamanı xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək internetlə özgəsinin bank hesablarından oğurladıqları külli miqdarda pulu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürməklə, həmin cəmiyyətin müxtəlif aviareyslərinə elektron aviabiletləri əldə etməklə və bu biletləri nağd pulla ayrı-ayrı şəxslərə satmaqla məşğul olan Azərbaycan və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa olunaraq yaxalanıblar. Cinayətkar qrupun əməlləri nəticəsində “Azərbaycan Hava Yolları” QSC-nin qanunla qorunan kompüter informasiyasına qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olub və bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurulub. Məhkəmənin hökmü ilə dəstə üzvləri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində mütəşəkkil dəstənin daha 7 üzvünün qanunazidd əməlləri ifşa olunub.

İstintaqın gedişində mütəşəkkil dəstənin üzvü, xarici ölkə vətəndaşlarının elektron viza kartlarına internetlə gizli girərək onların bank hesablarından külli miqdarda vəsaitlərini oğurlayıb “Azərbaycan Hava Yolları” QSC-nin müxtəlif reyslərinə aviabiletlər əldə edən və müxtəlif şəxslərə nağd pula sataraq külli miqdarda vəsaiti mənimsəyən Azərbaycan vətəndaşı Baxışov Zaur Şərafət oğlunun 3 sentyabr 2009-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. Lakin Zaur Baxışovun Azərbaycandan kənarda, yəni Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi müəyyən edildiyi üçün onun barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan olunub. Onun tezliklə axtarılıb tapılması və tutulması üçün intensiv, səriştəli tədbirlər həyata keçirilib, nəticədə Zaur Baxışov Dubay şəhərində saxlanıb və 2010-cu il iyunun 18-də Azərbaycana ekstradisiya edilərək, istintaqa təhvil verilib. Eyni zamanda digər təqsirləndirilən şəxs Anar Oruclu da tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR