Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Azərbaycanda rəsmi səfərdə olub

Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Azərbaycanda rəsmi səfərdə olub
# 07 fevral 2011 11:52 (UTC +04:00)
Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən bildirilib. Türkiyəli qonaqlar və milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla, nazirliyin bir qrup əməkdaşı Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.
Bundan sonra Eldar Mahmudov Hakan Fidanı qəbul edib. Nazir, Hakan Fidanın Türkiyə MİT rəhbəri kimi Azərbaycana ilk səfərinin iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da yüksəlməsində önəmli rol oynayacağını bildirib.
E. Mahmudov regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay¬canın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan münaqişənin doğurduğu fəsadlar barədə ətraflı məlumat verib.

Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual vəzifə olan terror¬çu¬luq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlər, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı tərəflər arasında geniş fikir mübadiləsi apa¬rılıb, Türkiyənin və Azərbaycanın xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Hakan Fidan, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olun¬ması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, Azərbaycana səfərindən xoş təəs¬süratlar aldığını qeyd edib. MİT rəhbəri dost dövlətlər olan Türkiyə və Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasi¬bət¬lərin daim inkişaf etdiyini, keçirdiyi görüşlərin ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəm¬lən¬məsi üçün səmərəli olacağına əminliyini vurğulayıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq kəsb edən bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR