Lənkəranda yol qəzasında bir nəfər ağır xəsarət alıb

Lənkəranda yol qəzasında bir nəfər ağır xəsarət alıb
# 16 mart 2011 12:02 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 9.00 radələrində şəhərin Şəhidlər Xiyabanı ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini, 1945-ci il təvəllüdlü Qəhrəman Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı, 42 BE 684 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Cəmil İsayevin idarə etdiyi “VAZ-21099” markalı, 10 LS 045 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə hər iki maşın tam yararsız vəziyyətə düşüb, həmçinin “VAZ-21099”-un sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR