Qonşularından birini qətlə yetirməkdə, digərini isə bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Qonşularından birini qətlə yetirməkdə, digərini isə bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub
# 04 aprel 2011 12:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşularından birini qətlə yetirməkdə, digərini isə bıçaqlamaqda təqsirləndirilən Pərvin Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, P. Novruzov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 2-də Pərvin Novruzov münaqişə zəminində qonşusu, Asif Əliislam oğlu Seyidovu və onun qardaşı Ayazı bıçaqlayıb. Asif Seyidov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Ayaz isə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR