Tərtərdə fərdi yaşayış evində baş verən yanğında 5 yaşlı uşaq yanaraq ölüb

Tərtərdə fərdi yaşayış evində baş verən yanğında 5 yaşlı uşaq yanaraq ölüb
# 12 aprel 2011 14:26 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Vilayət Səfərova məxsus 2 mərtəbəli evdə baş verən yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər gəlib. Ev sahibinin nəvəsi - 5 yaşlı Cəsur Rüstəm oğlu Səfərov yanaraq ölüb. Tərtər Rayon Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-nın Qarabağ bürosuna faktı təsdiqləyib. O bildirib ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Yanğına qısaqapanmanın səbəb olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR