Qusarda avtomobilin vurduğu piyada ölüb

Qusarda avtomobilin vurduğu piyada ölüb
# 02 iyul 2011 14:29 (UTC +04:00)
Qusar. Zaur Quliyev - APA. Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qusar Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən Ziya Mansurovun APA-nın şimal bürosuna verdiyi məlumata görə, Qusar rayonu Köhnə Xudat kənd sakini, 1982-ci il təvəllüdlü Bəkirov Mahir Şakir oğlunun idarə etdiyi “Toyota Gamry” markalı avtomobil Qusar şəhərinin M. Əbilov küçəsi istiqamətində hərəkət edərkən yolun kənarında dayanmış Qusar şəhər sakini, 1958-ci il təvəllüdlü Məmmədov Paşa Yusif oğlunu vurub.

P. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR