Azərbaycan paytaxtında yaşayış binasında yanğın olub

Azərbaycan paytaxtında yaşayış binasında yanğın olub
# 30 iyul 2011 08:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın olub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə bu gün Topçubaşov küçəsi - ev 21, mənzil 144 ünvanında qeydə alınıb. Nəticədə 80 kvadratmetrlik mənzilin 12 kvadratmetr ərazisi yanıb, ölən və ya xəsarət alan olmayıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Nəsimi rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb. Hadisəyə elektrik naqilindəki qısa qapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR