İctimai Palatanın aksiyası ilə bağlı ittiham olunan 6 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
15 avqust 2011 14:48 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı ittiham olunan 6 nəfərin - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub.
Proses avqustun 19-da davam etdiriləcək.
Qeyd edək ki, İP-nın aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.