Gəncədə 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib

Gəncədə 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib
# 04 iyun 2012 06:52 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 12-də Gəncə şəhəri Şah İsmayıl Xətai Prospektində baş verib. Qəza nəticəsində 4 avtomobil “VAZ-2104” markalı 20 CP 351 dövlət nömrə nişanlı avtomobil, “VAZ-21011” markalı 10 HC 643 dövlət nömrə nişanlı avtomobil, “Land Rover” markalı 10 OP 888 dövlət nömrə nişanlı avtomobil və H019086 nömrəli “Hyundai” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ-2104” markalı avtomobilin daşıdığı asma tavan “VAZ-21011” markalı avtomobilin qabaq şüşəsini deşərək sürücü Bərdə sakini Elçin Abidovun ölümünə səbəb olub. Qəza zamanı avtomobillərdə olan 5 nəfər Nadir Axundov, Münasib Abdullayev, Rasim Əliyev, Natiq Abbasov və Xəyalə Qasımova yaralanaraq Gəncə şəhər təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Faktla əlaqədar araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR