Baş Dövlət Yol Polisi İdarəsi rayonlardan paytaxta yük daşıyan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi rayonlardan paytaxta yük daşıyan sürücülərə müraciət edib
# 04 iyun 2012 09:31 (UTC +04:00)
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, yay mövsümünün gəlişi ilə əlaqədar rayonlardan Bakıya kənd təsərrüfatı məhsullarının daşınması magistral yollarda hərəkətin intensivliyini artırıb.

Bu daşımaların adətən gecə saatlarında həyata keçirildiyini qeyd edən K. Əliyev hər hansı hadisənin baş verməməsi üçün həmin sürücüləri ehtiyatlı olmağa çağırıb: “Baş Dövlət Yol Polisi İdarəsi həmin sürücülərdən istirahət etmədən, dincəlmədən yola çıxmamağı tövsiyə edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR