Ali Məhkəmə 2 aprel aksiyasına görə həbs olunan şəxslərin şikayətini təmin etməyib

Ali Məhkəmə 2 aprel aksiyasına görə həbs olunan şəxslərin şikayətini təmin etməyib
# 05 iyun 2012 10:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, hakim Fərman Kərimovun sədrliyi ilə keçirilən iclasda Sahib Kərimov, Babək Həsənov, Elşən Həsənovun və Elnur İsrafilovun kassasiya şikayətləri təmin olunmayıb. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən, Sahib Kərimov və Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Elnur İsrafilov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərin ümumilikdə 6 min 650 manat dəymiş ziyanı da ödəmələri barədə də qərar çıxarıb.

Sonradan E. İsrafilov əfv olunub. Məhkəmə Elşən Həsənovun vaxtından əvvəl azadlığa buraxılmaq barədə müraciətlərini təmin edib. Hazırda Ali Məhkəməyə müraciət edənlərdən Sahib Kərimov və Babək Həsənov həbsdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR