Azərbaycanda əsgər Kürdə batıb

Azərbaycanda əsgər Kürdə batıb
# 07 iyun 2012 06:46 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Prokurorluğundan məlumat daxil olub.

Məlumata görə, Sabirabad rayonu Muğangəncəli kənd sakini, 1994-cü il təvəllüdlü Cəbrayılov Ramil Dilavər oğlu Kür çayında çimərkən boğulub. Onun meyiti FHN-in xilasediciləri tərəfindən axtarılır.

Qohumlarının bildirdiyinə görə, Ramil Cəbrayılov bu ilin aprelində ordu sıralarına çağırılıb və xəstəliyi ilə əlaqədar 20 günlük evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR