Hüquq müdafiəçisi Gəncədə polis tərəfindən zorakılığa məruz qaldığı bildirilən qadınla görüşüb

Hüquq müdafiəçisi Gəncədə polis tərəfindən zorakılığa məruz qaldığı bildirilən qadınla görüşüb
# 18 iyun 2012 09:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov hüquq müdafiəçiləri Elçin Şirinov və Süleyman Süleymanovla birlikdə Ucar, Hacıqabul, Yevlax, Gəncə, Göygöl , Goranboy, Tərtər və Bərdə rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçiriblər.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı işgəncə və qeyri-insani rəftarla bağlı onlara müraciət edən olmayıb: “Lakin bəzi polis şöbələrində xırda nöqsanlar aşkar olunub. Monitorinqin nəticələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyəm”.

E. Behbudov bir müddət əvvəl sosial şəbəkələrdə yayılan, bir qadının polis əməkdaşı tərəfindən zorakılığa məruz qalmasını əks etdirən videogörüntü ilə bağlı araşdırma apardığını da bildirib: “Həmin görüntü 9 avqust 2010-cu ildə Gəncə şəhərində çəkilib. Görüntüdəki qadın isə 1982-ci il təvəllüdlü Gəncə sakini Zeynalova Elnarə Səməndər qızıdır. Mən həmin qadınla görüşdüm. O, bildirdi ki, polis əməkdaşı ona zorakılıq etməyib. Sadəcə, tanışı Nofəllə dalaşaraq özünə qəsd etmək istəyib. Bunu görən polis əməkdaşı isə ona mane olaraq, polis idarəsinə gətirib. Elnarə Zeynalova həmin video görüntünü yayanları məhkəməyə verəcəyini də bildirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR