Kəmaləddin Heydərov: “Tikintilər aparılan zaman Fövqəladə Hallar Nazirliyinin seysmoloji standartları nəzərə alınmalıdır”

Nazir deyib ki, zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən 25 məktəb yenidən tikiləcək. Artıq onlardan bir neçəsinin inşasına başlanıb. Məktəblər yeni tədrisi ilinə təhvil veriləcək. K. Heydərovun sözlərinə görə, qəzalı vəziyyətdə olan bir sıra evlər yayın sonuna, bəzilər isə soyuqlar düşənədək tikilib istifadəyə veriləcək.
Zəlzələ bölgəsində vətəndaşların qiymətləndirmə prosesinin düzgün aparılmamasından narazı olmaları barədə mətbuatda gedən yazılarla bağlı suala cavab verən nazir bunları deyib: “Bu mümkün olan məslə deyil. Çünki vəziyyətin qiymətləndirməsi prosesi komissiyalar tərəfindən aparılır. Həmin komissiyanın tərkibinə yerli icra qurumları, Maliyyə, İqtisadi İnkişaf, Fövqəladə Hallar nazirliklərinin nümayəndələri daxildir. Əhali bəzən uçmamış evlərinin yenidən sökülüb tikilməsini tələb edirdi. Biz bunu Kür daşqınları olan zaman Sabirabad bölgəsində də gördük. Bu düzgün deyil. Yəqin ki, bilirsiniz ki, zəlzələ bölgəsində evlərin böyük hissəsi çay daşları üst-üstə qoyularaq tikilib. Tələb olunan bərkitmə üsullarından istifadə olunmayıb. Bu cür evlər 5 baldan yuxarı təkana dayanıqlı deyillər. Biz indi də deyirik, orada da tövsiyə etdik ki, hər bir adam şəxsi evini inşa edəndə bu qaydalara riayət etməlidir. Demək olar ki, zəlzələ bölgəsindəki evlərin əksəriyyətində zəlzələyə qarşı olan kəmərlər yoxdur. Sual oluna bilər ki, bəs digər evlər niyə uçmamışdı? Təhlil zamanı da dediklərim öz təsdiqini tapır. Bir də nəzərə alınmalıdır ki, həmin zonada zəlzələ təsadüfən baş verməyib. Həmin bölgədə böyük zəlzələlər olub. Ümumilikdə Azərbaycanın hər bir yeri seysmik zonadır, o cümlədən həmin zona”.
Nazir qeyd edib ki, dövlət obyektləri, şəhərlərdə hündür mərtəbəli binalar tikilən zaman da FHN-in Seysmoloji standartları nəzərə alınmalıdır: “Bunlarla bağlı nəzarət aparılır.
İndi gəlin görək, kəndlərdə kimlərsə özünə ev tikirsə, o standartları nəzərə alırmı?
Sadəcə, çay daşlarından, bir qədər də sement vuraraq ev tikirlər. Burada həmin tələblərə riayət olunmur. Amma gələcəkdə bu standartları hamı bilməlidir”.
K. Heydərov, sel daşqınları baş verən zonada qəzalı vəziyyətə düşən evlərin böyük əksəriyyətinin də çiy kərpicdən tikilən və bəndlər arasında inşa olunan evlər olduğunu xatırladıb: “Bəndlərin arasında isə ev tikmək düzgün deyil. Bəzi çiy kərpicdən tikilən evlər daşqınlar zamanı uçmasa da, sonradan isti nəticəsində palçıq aralanması nəticəsində uçqunlar başladı”.
Hadisə

Şəmkirdə gənc oğlan 5-ci mərtəbədən yıxılaraq xəsarət alıb

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - FOTO

Qazaxda evə oğurluğa gələn şəxs ər-arvada xəsarət yetirib - YENİLƏNİB

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz"in məhkəməsi davam etdirilib
Xəbər Lenti
Tramp İrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO
Baş prokuror Kamran Əliyev və Türkiyənin Baş Ombudsmanı arasında görüş baş tutub - FOTO
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Şəmkirdə gənc oğlan 5-ci mərtəbədən yıxılaraq xəsarət alıb
BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı olub
Türkiyə və Rusiya müdafiə nazirləri İran-İsrail münaqişəsini müzakirə ediblər
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - FOTO
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb
Qazaxda evə oğurluğa gələn şəxs ər-arvada xəsarət yetirib - YENİLƏNİB
Kreml: ABŞ Rusiyaya ikitərəfli dialoqda fasilə təklif edib
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub
Milli Məclis və Şimali Makedoniya Assambleyasının sədrlərinin görüşü olub
IDF: İrandan İsrailə atılan raketlərin əksəriyyəti zərərsizləşdirilib
Domodedovo hava limanı dövlətin xeyrinə müsadirə edilib
Azərbaycan və Türkiyənin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib
Bakıda 9 marşrut üzrə avtobusların hərəkəti ləngiyir
XİN: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib, İsraildə olan 34 nəfər isə İordaniyaya gedəcək
İran-İsrail müharibəsi - SON DƏQİQƏ
Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının inzibati sessiyası keçirilib
İsrail İsfahanda neft emalı zavoduna hava zərbələri endirib - VİDEO
FHN-in əməkdaşı qolf yarışında qızıl medal qazanıb
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz"in məhkəməsi davam etdirilib
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinin binasına PUA ilə rəngli bağlama atılıb
“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda görüş keçirilib - FOTO
Energetika Nazirliyi: İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır
23 il öncə azyaşlını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə baxışına verilib
"FINCA Azerbaijan"ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
İsrail hərbi aviasiyası İran Milli Radiosunun yerləşdiyi binaya zərbələr endirib
“WUF13 QHT Koalisiyası”nın növbəti görüşü keçirilib
Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Saatlıda avtomobil dəmir yolu keçidinə çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO
Xankəndidə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
Bakının bəzi ərazilərində qaz olmayacaq
AEBA: Natanz nüvə stansiyasının yeraltı hissəsinə zərbələr endirilib
Hava nəqliyyatı ilə sərnişin daşımaları 7%-dən çox artıb
Neft-qaz sektoruna bu il 2 mlrd. manata yaxın vəsait yönəldilib
"Azdrama"da “Baş” tamaşasının məşqləri davam edir - VİDEO
Elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ukraynada yeni Baş prokuror təyin olunub
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Azərbaycanda kimya məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL
Müdafiə naziri: İsrail ordusu Tehranda önəmli obyektlərə zərbələr endirməyə hazırlaşır