Bakı-Qazax yolunda 5 maşın toqquşub, xəsarət alan var

Bakı-Qazax yolunda 5 maşın toqquşub, xəsarət alan var
# 19 iyun 2012 09:27 (UTC +04:00)
Ağdaş. Zahid Abışov - APA. Bakı-Qazax yolunda 1 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında yolun 261-ci kilometrliyində, Ağdaş rayonundan keçən hissəsində qeydə alınıb. Nizami Həsənov idarə etdiyi “VAZ -2106” markalı 10-QV-708 dövlət nömrə nişanlı minik maşınını Ağdaş istiqamətdə hərəkətdə olarkən qəflətən saxlayıb. Bu zaman arxadan gələn, 90-XS- 437 dövlət nömrə nişanlı “KamAZ” “VAZ -2106”ya çırpılıb. Yük maşının ardınca hərəkət edən 20- CB -945 dövlət nömrə nişanlı digər “KamAZ” markalı maşın qəza törətmiş maşınlara dəyib. Avtomobillərdən arxada olan, Natiq Nəsirovun yüksək sürətlə idarə etdiyi 10-DD-658 dövlət nömrə nişanlı “VAZ -2109” markalı maşında qarşıdakı maşınlara dəyib. Nüsəddin Cabbarovun idarə etdiyi “25-BD-210” dövlət nömrə nişanlı “KamAZ” markalı maşın isə yaranan çaşqınlıq nəticəsində qarşıdakı maşınlara dəyib. Nəticədə Nüsəddin Cabbarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR