Bakı sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb

Bakı sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 21 iyun 2012 08:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinlərindən xeyli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbayel Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Andrey Milkovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbəsi B.Dadaşov küçəsində yaşayan Anar Yahyayevin həyətindən ümumi çəkisi 25 kiloqram olan 87 ədəd çətənə kolu və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR