Bakıda çimərlikdə kütləvi dava olub, xəsarət alan var

Bakıda çimərlikdə kütləvi dava olub, xəsarət alan var
# 22 iyun 2012 07:24 (UTC +04:00)
Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Hövsan qəsəbəsində, “Günəşli” çimərliyində qeydə alınıb. 7-8 nəfər arasında düşən davada bir nəfər ağır xəsarət alıb. Bıçaq xəsarəti və müxtəlif dərəcəli zərbələr alan Zəngəliyev İlqar Adil oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Davanın iştirakçıları hadisə yerindən qaçıblar.

Hazırda həmin şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR