Ceyranbatan ərazisində yanğın olub

Ceyranbatan ərazisində yanğın olub
# 23 iyun 2012 16:30 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

İlkin hesablamalara görə, meşə fonduna məxsus 2 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb. Meşə fonduna dəymiş ziyanın tam müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya yaradılıb.

İlkin versiyaya görə, yanğının baş verməsinə həmin ərazidə işləyən «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Taxtakörpü-Ceyranbatan su-kanal tikintisini həyata keçirən işçilərinin ehtiyatsızlığı səbəb olub.

Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində saat 17:30-da tam söndürülüb.

«Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini, o cümlədən müxtəlif ərazilərdə təmir-tikinti işləri aparan şəxsləri bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR