Şəkidə qətl hadisəsi baş verib

Şəkidə qətl hadisəsi baş verib
# 24 iyun 2012 21:15 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın Şəki rayonunda qətl hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli polis şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə iyunun 24-də saat 03.00 radələrində Şəki rayonu Böyük Dəhnə kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü, Şəki rayonu Böyük Dəhnə kənd sakini İsmayılov Fərhad Nurməmməd oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü, Məmmədov Samir Telman oğlunun qarın boşluğuna bıçaqla ağır, öldürücü zərbə vurub. Bıçaq zərbəsindən ağır bədən xəsarəti alan Samir Məmmədov Şəki Mərkəzi Şəhər Xəstəxanasına(MŞX) çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən Fərhad İsmayılov tutularaq istintaqa təhvil edilib. Fərhad İsmayılovun həmkəndlisini bıçaqlamasının səbəbi məlum deyil.

Fakla bağlı Şəki şəhər Prokurorluğunda AR CM-nin 120.1 maddəsi ilə cinayət işi başlanılıb, hadisənin motivləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR