Azərbaycanda baş verən dəhşətli yol qəzasında üçü bir ailənin üzvü olmaqla, dörd nəfər ölüb, iki nəfər yaralanıb - FOTOSESSİYA - YENİLƏNİB

Azərbaycanda baş verən dəhşətli yol qəzasında üçü bir ailənin üzvü olmaqla, dörd nəfər ölüb, iki nəfər yaralanıb - <font color=red>FOTOSESSİYA - YENİLƏNİB</font>
# 25 iyun 2012 05:06 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Qəzənfər Mansurovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, iyunun 25-i saat 00.30 radələrində Masallı rayonu Ərəb kənd sakini, 1976-cı il təvəllüdlü Vəliyev Rövşən Zəbulla oğlunun idarə etdiyi “Tavriya” markalı, 44 BO 263 dövlət nömrə nişanlı minik maşını İran İslam Respublikasının vətəndaşı, 1952-ci il təvəllüdlü Habil Məhəmmədinin idarə etdiyi “Mercedes” markalı, İR 223 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Masallı rayonunun Ərəb kəndinin sakinləri, 1976-cı il təvəllüdlü Qasımov Ağalar Habil oğlu, onun qızı, 1994-cü il təvəllüdlü Babayeva Tünzalə Ağalar qızı və nəvəsi, 1 aylıq Babayeva Aysu Ağəli qızı hadisə yerində ölüblər.

Digər iki sərnişinlər - 1990-cı il təvəllüdlü Babayev Ağəli Qulaməli oğlu və 1976-cı il təvəllüdlü Qasımova Ruhiyyə Cahangir qızı müxtəlif xəsarətlər alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR