Gəncədə kütləvi bıçaqlaşma olub, bir neçə nəfər xəsarət alıb

Gəncədə kütləvi bıçaqlaşma olub, bir neçə nəfər xəsarət alıb
# 27 iyun 2012 09:52 (UTC +04:00)
Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə Gəncənin Kəpəz rayonunda qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Rəşad Cabbarov, Turqut Tarverdiyev və Kamil Namazov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə sakinləri Nurəddin Əliyev tutulub, Kamran Məmmədov və Eşqin Haqverdiyev isə müəyyən edilib. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR