Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri Şəkidə qadağan olunmuş dini kitablar və digər vasitələr aşkarlayıb

Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri Şəkidə qadağan olunmuş dini kitablar və digər vasitələr aşkarlayıb
# 30 iyun 2012 10:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şəki sakinin evindən qadağan olunmuş dini kitablar və digər dini vasitələr aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, şəhər Polis Şöbəsinin Milli Təhlükəsizlik Nazirliyinin Şəki rayon şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində iyunun 28-də radikal yönümlü dini təriqətlərin təbliği ilə məşğul olan Şəki şəhər sakini Özhül Solmaz Əfəndi qızının evinə baxış zamanı 44 ədəd dini məzmunlu kitab, 1 ədəd kitabça, 10 ədəd vərəqə, 1 ədəd fləş kart və 153 ədəd disk aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR