Bakı metrosunda qadın qatar xəttinə düşüb

Bakı metrosunda qadın qatar xəttinə düşüb
# 14 fevral 2020 12:25 (UTC +04:00)

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.

Bu barədə APA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.

B. Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR