Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü A. Bayramovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 1956-cı il təvəllüdlü E. Əfəndiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.