İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb
# 16 mart 2020 17:14 (UTC +04:00)

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürounun məlumatına görə, hadisə rayonun Soltanmuradlı kəndində baş verib. İmişli rayon Çahar kənd sakini, 1988-ci il təvəllüdlü Əbilov Rəvan Əbil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini - Çahar kənd sakini, 1984-cü il təvəllüdlü Fərmnov Məğrur Əlhüseyin oğli xəsarət alaraq xəstəxanaya yerləşdirlib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR