Lənkəranda azyaşlını avtomobil vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 18-də saat 8 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini, 3 yaşlı Amili vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.