Qobustanda kütləvi zəhərlənən şəxslərdən biri vəfat edib. Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: "Ata, ana və digər uşağın vəziyyəti stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib".
Qeyd edək ki, ölən şəxs 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızıdır.
***
12:26
TƏBİB Qobustan rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi xəbərə görə, həmin şəxslərin analizləri laboratoriyaya təqdim edilib: "Həmin şəxslərin nədən zəhərləndikləri hələlik bilinmir. Analizlərin nəticələrini gözləyirik".
***
09:21
Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
APA-nın məlumatına görə, şəhər sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.