Bu gün axşam saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yük avtomobili 1960-cı il təvəllüdlü Mehman Əhmədovu vurub.
Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.